Deklarasiyamız

Biz – Azərbaycanın yeni, müstəqil nəsliyik.

Biz 1918-ci ildə Şərqdə ilk demokratik respublikanı quran, 1988-ci ildən öz azadlığı üçün mübarizə aparan və bu yolda şəhidlər verərək hər cür maneələrə rəğmən 1991-ci ildə öz müstəqilliyini əldə edən nəslin davamçılarıyıq.

Davamı »

Növbəti tədbirimiz

Şənbə günü, 7 Aprel 14:00, 2012

İngilis dili kursu

Xəbərlər

Bazar günü, 1 aprel 2012

Hərəkat daxili debatlar layihəsi çərçivəsində ilk debat keçirilmişdir.

 
Blog

Avropa Günü münasibəti ilə yürüş keçirildi


  Azərbaycan Avropa Hərəkatı (AAH) Avropa günü münasibəti ilə ötən gün Bakıda yürüş keçirib   Müsbət Dəyişiklik Gənclər Gənclər Təşkilatı də bu yürüşü dəstəkləyib və üzvləri də iştirak edib.   “Avropalı gəzintisi” adı altında keçirilən yürüşdə Avropa Şurasının, Avropa İttifaqının və bu qurumlara daxil olan ölkələrin bayraqları, Avropa dəyərlərini əks etdirən “Azadlıq”, “Demokratiya”, “Fərqlilik”, “Azad söz”, “Müxtəliflik”, “Sülh”, “Mətbuat azadlığı”, “İnsan Hüquqları”, “Azad bazar” və başqa plakatlar qaldırılıb.

Read the rest of this entry »

 

Prezidentə Müraciət kampaniyası başladı

“İdeya” Gənclər Klubu  ADNA da 3 il əvvəl baş vermiş teror hadisəsinin qurbanlarının şərəfinə xatirə abidəsinin qoyulması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Müraciət kompaniyası başlatdı. …. Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasını prioritetlərdən sayan, ən əsası, terroru qəti şəkildə pisləyən gənclərin bir qrupu kimi məqsədlərimiz və fikirlərimizdə bizi dəstəkləyəcəyinizə əmin olduğumuz üçün Sizə – Azərbaycan Respublikasının Prezidentinə müraciət etməyə qərar verdik….   Read the rest of this entry »

 

Müsbət Dəyişiklik gənclər hərəkatı yeni layihə təqdim etdi

Müsbət Dəyişiklik gənclər hərəkatı  ABŞ-ın NED təşkilatının dəstəyi ilə start verdiyi  yeni  “İcmaya dəstək və mobilizasiya” layihəsini təqdimatını keçirib.  Təşkilatın idarə heyəti üzvü və layihənin menecerlərindən biri olan Nərmin Rəhimli layihənin tarixçəsi haqqında məlumat verib. Layihənin əsas məqsədləri barədə də məlumat verən hərəkat üzvləri  bunların  “vətəndaşların vətəndaş cəmiyyətində iştirakı və siyası fəaliyyətinin artırılması, gənclərin siyasi şüurluluğa və vətəndaş aktivliyinə təşviq edilməsi olduğunu” bildiriblər.

Read the rest of this entry »

 

Müsbət Dəişiklik Gənclər Təşkilatının ümumi toplantısı keçirilmişdir

24 aprel 2012 tarixdə Müsbət Dəyişiklik Gənclər Təşkilatının Ümumi toplantısı keçirilmişdir.

Toplantıda təşkilatın cari fəaliyyəti müzakirə olundu, “İcmaya Dəstək” Layihəsinin hazırlıqları barədə fikir mübadiləsi aparıldı.

Bundan başqa İdarə Heyətinin say tərkibinin 4 dən 5 ə qaldıırılması təsdiq edildi və  20 may tarixinə IV Struktur seçkiləri təyin edildi.

 

Başsağlığı

Hərəkatımız adından yaxın əməkdaşımız Azərbaycan Naminə İctimai Forumun prezidenti

cənab Eldar Namazova anasının vəfatı ilə əlaqədar başsağlığı verir, mərhuma Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.

Məkanı cənnət olsun!

 

 

 

MD-çilər SMDT-nin tədbirində iştirak edir

19-21 aprel 2012 tarixlərində Seçkilərin Monitorinqi və Demokratiya Tədrisi Mərkəzinin təşkilatçılığı ilə  ”Siyasi iştirak üzrə bacarıqların artırırlması’ mövzulu tədbir keçirilir. Tədbirdə MD GH -ı təmsilən Məhəmməd İlyasoğlu və Rəhim Vəliyev iştirak edir.

 

Tədbirin əsas məqsədi siyasi proseslərdə cəmiyyət fərdlərinin iştirakı və onlalrın bacarıqlarının artırılması və alternativlərin yaradılması sahəsində maariflənmədir.

 

Müsbət ofisdə NDİ-ın əməkdaşları ilə görüş keçirilmişdir

 19.04.2012 tarixində “Müsbət Ofisdə” NDI-ın nümayəndələri və Müsbət Dəyişiklik Gənclər Hərakatının “Forum Teatr” layihəsinin işçi qrupu üzvləri arasında görüş keçirilmişdir.

Görüşdə, layihənin detalları, iki ay ərzində kalendar plana uyğun olaraq görülən işlər və iş planına alternativlər müzakirə olunmuşdur.

 

Qeyd edək ki, NDİ, “Forum Teatr” layihəsinin maliyyə donorudur.

Read the rest of this entry »

 

İctimai Məsuliyyət proqramı çərçivəsində təşkil edilən İngilis dili kurslarının açılışı olmuşdur

 ‎10 aprel 2012 tarixində Müsbət Dəyişiklik Gənclər Hərakatının İctimai Mənsuliyyət proqramı çərçivəsində “MD İngilis dili Kursları” başlamışdır.

Kurslarda iştirak üçün 20 yə yaxın gənc seçilmişdir.

Kursun sonunda kurs iştirakçıları və tədris heyəti üzvlərinin iştirakı ilə Müsbət ofisdə  kursun açılışı qeyd edilmişdir.

MD mətbuat katibliyi

 

ABŞ-Azərbaycan əlaqələrinin 20 illiyi qeyd olundu

Aprelin 5-də ABŞ-la Azərbaycan arasında diplomatik əlaqələrin 20-ci ildönümü qeyd edilib. Tədbirdə Müsbət Dəyişiklik Gənclər Hərakatının İdarə Heyəti üzvü Rəşad HƏSƏNOV da iştirak edib.

Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin yaranmasının 20-ci ildönümü münasibətilə keçirilən tədbirdə Amerikanın Azərbaycandakı müvəqqəti işlər vəkili  A. Sterlinqin sözlərinə görə, iki ölkə arasında əlaqələr təhlükəsizlik, enerji, demokratik və iqtisadi islahatlar sahəsində ortaq maraqlara əsaslanır.

 

Bu gün “İnsan Hüquqları üzrə Maarifləndirmə” İB ilə görüş keçirilmişdir

 Bu gün İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin ofisində Müsbət Dəyişiklik Gənclər Hərakatının İdarə Heyətinin üzvləri ilə görüş keçirilmişdir. Görüşdə NED fondunun maliyyələşdirdiyi “Kölgə Deputat” layihəsində əməkdaşlıq və bu təşkilatın edə biləcəyi yardımlar müzakirə olunmuşdur.

Bundan başqa İHM İB nin keçirəcəyi təlimlərdə MD GH ın üzvlərinin iştirakının prsespektivləri müzakirə olunmuşdur.

MD mətbuat katibliyi